Dövlət tərəfindən qadın və əlil sahibkarlara, startaplara və gənclərə böyük dəstək göstərilir | Banco.az

Dövlət tərəfindən qadın və əlil sahibkarlara, startaplara və gənclərə böyük dəstək göstərilir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi mikro və kiçik sahibkarlara, xüsusilə də qadın və əlil sahibkarlara, startaplara və gənclərə dövlət dəstəyi mexanizmləri və Agentliyin təqdim etdiyi xidmətlər çərçivəsində böyük dəstək göstərir. Bunu qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları (“Gift & Promo 2019”) və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) sərgilərinin açılış mərasimində çıxış edərkən bildirib. Onun sözlərinə görə, belə dəstək tədbirlərindən biri də mikro və kiçik sahibkarların ölkədə keçirilən müxtəlif sərgi və festivallarda iştirakının təmin edilməsidir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır. O. Məmmədov qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi baxımından belə sektoral sərgilərin əhəmiyyətini vurğulayıb, müvafiq sahələrdə xeyli sayda mikro, kiçik və orta biznes subyektlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sentyabrın 12-də “Bulvar Hotel Bakı”da 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları (“Gift & Promo 2019”) və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) sərgiləri işə başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinın də dəstək göstərdiyi sərgilərdə 50-yə yaxın yerli və xarici şirkətin, o cümlədən mikro və kiçik qadın sahibkarların məhsulları və əl işləri, eləcə də bir sıra sosial sahibkarlıq layihələri təqdim olunur.

Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et