Dövlət şirkətinin 1,5 faizini satıb, 25 milyard dollar gəlir götürəcəklər | Banco.az

Dövlət şirkətinin 1,5 faizini satıb, 25 milyard dollar gəlir götürəcəklər

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco", gələn ay ölkənin birjası "Tadawul"da keçirilməsi planlanlaşdırılan səhmlərin ilk kütləvi təklifindən (İPO) təxminən 25 milyard dollar gəlir əldə etməyi hədəfləyir.

Fərdi və  korporativ investorlara şirkətin 1,5%-lik hissəsi təklif ediləcək. 

Cəmi 3 milyard ədəd səhm satışa təqdim edəcək "Saudi Aramco", ilkin məlumata görə, sərmayəçilərdən bir səhmə 30-32 Səudiyyə riyalı (8-8,53 dollar) qiymət alacaq. Beləcə, şirkətin təmin edəcəyi gəlir ən azı 24 milyard dollar, ən çoxu 25,59 milyard dollar olacaq.

Şirkətin 1,5%-inin investorlara satılacağı nəzərə alındığında, qeyd edilən qiymətlər ilə "Saudi Aramco"nun cəmi bazar dəyərinin 1,6-1,7 trilyon dollar aralığında dəyişəcəyi gözlənilir.  Bu Şahzadənin 2 trilyon dollarlıq proqnozundan aşağıdır.

GƏLİR REKORDU QIRILA BİLƏR

"Saudi Aramco"nun son səhm qiymətinin 5  dekabrda açıqlanması gözlənilir. Qiymətin 8,33 dolların üzərində olması vəziyyətində isə Çinin e-ticarət nəhəngi "Alibaba"nın 19 Sentyabr 2014-də Nyu-York birjasında keçirilmiş səhmlərinin ilkin kütləvi satışından əldə etdiyi 25 milyard dollarlıq gəlir rekordu qırılmış olacaq.

Ən sərfəli kredit üçün müraciət et

"Saudi Aramco"nun 1,5% hissəsinin satışından əldə etməyi planlaşdırdığı gəlir və nəticəsində meydana gələcək bazar dəyərinin Səudiyyə Ərəbistanı Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın hədəflərinin çox aşağı olması diqqəti çəkir. Məhəmməd bin Salman, 2016-da açıqladığı "Vizion 2030" planı daxilində, "Saudi Aramco"nun 2%-inin investorlara satılmasından 100 milyard dollar gəlir əldə edilməsinin hədəfləndiyini və şirkətin bazar dəyərinin 2 trilyon dollar olacağını açıqlamışdı.

"Vizion 2030" Planı daxilində, "Saudi Aramco"nun səhmlərinin satışından əldə ediləcək gəlir ilə Səudiyyə Ərəbistanı iqtisadiyyatının neft gəlirlərinə asılılığının azaldılması, bərpa olunan enerji başda olmaqla digər sektorlara sərmayə qoyulması və ölkənin büdcə kəsirinin azaldılması məqsədləri güdülür.

ƏN BÖYÜK İPO-LAR

marja

 

Ən sərfəli krediti almaq üçün müraciət et