İcbari Sığorta Bürosu (İSB) Azərbaycanda fəaliyyət göstərən 7 kommersiya bankında depozit yerləşdirib.
Bu barədə Büronun maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, bunlar “Azərbaycan Beynəlxalq Bankı”, “AGBank”, “PAŞA Bank” və “Azər-Türk Bank” ASC-lər, “Accessbank” və “Yapı Kredi Bank (Azərbaycan)” QSC-lər, eləcə də ləğvetmə prosesində olan “Bank Standard” QSC-dir. Büronun bağlanmış bankdan alacağı 2,5 mln. manat və dollarla yerləşdirimiş 1,913 mln. manatdır.
Bundan başqa, Büro “Yaşıl Kart” sisteminə üzvlüklə bağlı Belçikanın “KBC Bank”ına da 5 mln. avro depozit qoyub, eləcə də “K-Group”un veksellərinə 2,2 mln. manat yatırıb.
Hesabata əsasən, 2016-ci ildə İSB-nin manatla depozitləri 13,3% azalaraq 9,8 mln. maata düşüb, dollarla depozitləri 55,6% artaraq 8,632 mln. manata, avro ilə depozitləri isə 0,6% artaraq 5,615 mln. manata çatıb. Depozitlərin illik gəlirliliyi 0,3%-dən 14%-ə qədər dəyişir.
Mənbə: Report.az