Dövlət Neft Fondunun qızıl ehtiyatları artıb | Banco.az

Dövlət Neft Fondunun qızıl ehtiyatları artıb

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyyatları 0,6 ton artıb.

Neft Fondunun 2020-ci il üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına əsasən, bu il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,8 ton olub.

Keçən ilin əvvəlinə olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın həcmi 101,2 ton idi. Beləliklə də, Neft Fondu 2020-ci ildə 0,6 ton qızıl alıb.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 14,2 faizini, ABŞ dolları portfelinin isə 6 milyard 170,8 milyon dollarlıq hissəsi təşkil edir.

Dövlət Neft Fondunun aktivlərinin 63,8 faizi istiqrazlar və pul bazarı alətləridir

Yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 63,8 faizi istiqrazlar və pul bazarı alətləri, 15,9 faizi səhmlər, 6,1 faizi daşınmaz əmlak və 14,2 faizi (101,8 ton) isə qızıl təşkil edib.

Yanvarın 1-nə ABŞ dolları Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 68 faizini, avro 20,3 faizini, funt sterlinq 5,3 faizini, Avstraliya dolları 0,6 faizini, Türkiyə lirəsi 0,7 faizini, Rusiya rublu 0,5 faizini, Çin yuanı 1,3 faizini, Yaponiya yeni 1,5 faizini, digər valyutalar isə 1,8 faizini təşkil edib.

Hesabata görə, ABŞ dolları portfelinin 6 milyard 170,8 milyon dollarlıq hissəsini (14,2 faiz) qızıl investisiyaları təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin ARDNF-in investisiya portfelinin 0,95 milyon dollarlıq hissəsi Azərbaycan manatıdır.

Qeyd edək ki, 2021-ci il yanvarın 1-nə fondun aktivləri ötən ilin əvvəlinə (43 milyard 323,3 milyon ABŞ dolları) nisbətən 0,56 faiz artaraq 43 milyard 564,3 milyon dollara bərabər olub. Koronavirus pandemiyasının təsirləri nəticəsində dünya iqtisadiyyatında baş vermiş tənəzzül fonunda neft qiymətlərinin aşağı düşməsi ilə ARDNF-in büdcə xərclərinin büdcə gəlirlərini üstələməsinə baxmayaraq vəsaitlərin idarə edilməsindən əldə edilən və büdcədənkənar gəlirlər hesabına Neft Fondunun aktivlərinin həcmində artım baş verib.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et