Dövlət Neft Fondunun Müşahidə Şurasına sədr seçilib | Banco.az

Dövlət Neft Fondunun Müşahidə Şurasına sədr seçilib

2019-cu il iyul ayının 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

ARDNF-nin Müşahidə Şurasının qərarı ilə Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov növbəti müddətə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

İclasda ARDNF-nin 2018-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabatına, ARDNF-nin 2018-ci il büdcəsinin icrası barədə məsələlərə baxılıbı.

Müşahidə Şurası tərəfindən ARDNF-nin 2018-ci ildə maliyyə fəaliyyəti haqqında hesabatına dair müstəqil auditorun (“PraysvoterhausKupers Audit Azərbaycan” MMC) rəyi, 2018-ci il büdcəsinin icrası barədə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi, habelə ARDNF-nin 2018-ci il büdcəsinin gəlirlərinin 17 milyard 614,1 milyon manat və yaxud 115,0 faiz səviyyəsində, büdcə xərclərinin isə 11 milyard 455,6 milyon manat və ya 99,8 faiz səviyyəsində icra edildiyi nəzərə alınaraq, ARDNF-nin 2018-ci il büdcəsinin icrasının təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Müşahidə Şurası tərəfindən eyni zamanda ARDNF-nin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda  ARDNF-nin maliyyə və büdcəsinin icrası barədə hesabatların son təqdim edilməsi müddətində dəyişikliklərin edilməsi məqsədəuyğun hesab edilib və bu dəyişikliklərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tövsiyə edilib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et