Dövlət Neft Fondu tender elan edib | Banco.az

Dövlət Neft Fondu tender elan edib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 6 lot üzrə açıq tender elan edib. Bu barədə rəsmi mətbuatda məlumat verilib.

Açıq tender ARDNF üçün lisenziyaların vaxtının başa çatmasından sonra 1 il müddətinə uzadılması və avadanlıqların alınmasını əhatə edir. Belə ki, Lot-1 Radware lisenziyalarının, Lot-2 RSA lisenziyalarının, Lot-3 digər məhsulların lisenziyalarının, Lot -4 fiziki təhlükəsizlik sistemlərinin Cisco lisenziyalarının, Lot -5 fiziki təhlükəsizlik sistemlərinin IB Integra lisenziyalarının vaxtının başa çatmasından sonra 1 il müddətinə uzadılması, Lot-6 isə fiziki təhlükəsizlik avadanlıqlarının satnalınmasına aiddir.

Tender proseduru 14 dekabr 2016-cı il saat 11.00-da ARDNF-in yerləşdiyi Bakı şəhəri, Heydər Əliyev, prospekti, 165 nömrəli ünvanda tender təkliflərinin (zərflərinin) açılması ilə başlanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Podratçılardan tələb olunan sənədlər dekabrın 1-i saat 18.00-a qədər faks, elektron poçt və ya adi poçtla, tender təklifləri isə dekabrın 13-ü saat 18.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə adı çəkilən ünvana təqdim edilməlidir.

Tenderin əsas şərtlər toplusu tenderdə iştirak edən podratçılara hər lot üçün 100 manat iştirak haqqı ödənildikdən sonra təqdim ediləcək.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et