Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

08 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0105019753 ISIN-li, 10 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.5675  AZN (10.0000%) və 101.1032  AZN (6.900%) olan 18 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.5496 (7.2000%), orta ölçülmüş qiyməti 100.7165 (7.1093%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 39 milyon 833 min 900 manat yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  05.10.2021-ci il.

Hərrac iştirakçıları 9 oktyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.