Dövlət istiqrazlarının faizi 9 faizdən aşağı düşdü | Banco.az

Dövlət istiqrazlarının faizi 9 faizdən aşağı düşdü

09 iyul 2019-cu il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106012757 ISIN-li, 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97.7122  AZN (9.9000%) və 100.7774  AZN (8.7000%) olan 15 sifariş təqdim edilmişdir.

 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.3101 (8.8799%), orta ölçülmüş qiyməti 100.3666 (8.8581%) müəyyən edilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 49 milyon 646 min 400 manat yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  05.07.2022-ci il.

Hərrac iştirakçıları 10 iyul 2019-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.