“Dövlət işğaldan azad edilmiş ərazilərdə sahibkarlara dəstək verir” | Banco.az

“Dövlət işğaldan azad edilmiş ərazilərdə sahibkarlara dəstək verir”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

İşğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin artırılması və biznes mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanıb.

2023-cü il yanvarın 1-dən işğaldan azad edilmiş ərazilərin rezidentləri olan fiziki və hüquqi şəxslər mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən 10 il müddətinə azad edilib.

Bu barədə Banco.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, bu mexanizmdə verilən kredit məbləğinin aşağı həddi 5 min manat, yuxarı həddi isə 10 milyon manatdır:

“Verilən kreditlərin müddəti  10 ilə qədər illik  5 faizlə verilir. “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu ərazilərdə fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. 

Həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir. Dövlət zəmanəti olan yerdə banklar girov predmetindən daha etibarlı bir variant kimi yanaşırlar. Sahibkarlar, həmçinin banklar və bank olmayan kredit təşkilatları üçün bu, daha əlverişlidir. Bu kreditlər üçün sahibkarlar subsidiyalardan da istifadə edə bilərlər”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et