13-17 may 2019-cü il tarixlərini əhatə edən “Maliyyə və Rəqəmsal Texnologiyalar Həftəsi” çərçivəsində silsilə tədbirlər davam edir.
Bu qəbildən olan növbəti tədbir isə13 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası, PAŞA Bank və Azərbaycan Dövlət İqtisad Universitetinintəşkilatçılığı ilə tələbələrin PAŞA Bank-ın Rəqəmsal Laboratoriyasına səfəri təşkil edilmişdir. Ziyarət çərçivəsində tələbələrə Rəqəmsal Laboratoriyanın fəaliyyəti haqqında məlumat verilmiş və onların sualları cavablaşdırılmışdır.