Dövlət Gömrük Komitəsi: 450 iştirakçı “Yaşıl Dəhliz”dən istifadə edir | Banco.az

Dövlət Gömrük Komitəsi: 450 iştirakçı “Yaşıl Dəhliz”dən istifadə edir

“Azərbaycanda “Yaşıl Dəhliz” buraxılış sistemindən istifadə etmək üçün 600-dən çox xarici fəaliyyət iştirakçısı Dövlət Gömrük Komitəsinə müraciət edib. Bunlardan 450-nə həmin hüquq verilib”.

Bunu Komitənin sədr müavini İsmayıl Hüseynov deyib.

O bildirib ki, bu sistem biznesdə qanunla könüllü riayət etmək mədəniyyəti gətirib: “Yaşıl dəhliz”dən istifadə hüququ əldə etmiş şəxslər heç bir maneə olmadan öz mallarını anbarlara daşıyırlar və burada bizim iştirakımız 0-a endirilib. Sistemin iştirakçılarının bu ilin ilk 8 ayında ümumi idxalda payı 22,45%, ümumi ixracda payı isə 45%-ə çatıb. Ümumi dövriyyədə isə bu nisbət 30%-ə bərabərdir və çox böyük rəqəmdir”. 

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç