Dövlət əmlakının onlayn satışına başlanılır | Banco.az

Dövlət əmlakının onlayn satışına başlanılır

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir yeniliyin tətbiqinə hazırlaşır.

Bu barədə Komitənin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.

Onun sözlərinə görə, söhbət “Elektron hərrac” layihəsinin reallaşdırılmasından gedir. Ənənəvi hərraclardan fərqli olaraq elektron hərraclara investorlar dünyanın istənilən nöqtəsindən internet vasitəsilə - onlayn rejimdə qatıla biləcəklər. Bu növ hərraclar ilkin olaraq dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi üçün nəzərdə tutulub. Tədricən daşınmaz əmlak - qeyri-yaşayış sahələri də elektron hərraca çıxarılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ƏMDK sabah bu layihənin ictimai təqdimatını keçirəcək. Qurumun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində baş tutacaq təqdimatda elektron hərracın keçirilmə proseduru canlı olaraq nümayiş etdiriləcək, bu yeniliyin məqsəd və faydaları barədə məlumat veriləcək.

Mənbə: Report.az