Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən il Azərbaycanda dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə 37,6 milyon manat vəsait daxil olub.
Banco.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü illə müqayisədə 6,3 milyon manat və ya 20,1% çoxdur. 2023-cü ildə bu göstərici 31,3 mln. manat təşkil edirdi.
Qeyd edək ki, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar büdcə gəlirlərinin 0,1%-ni təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!