Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ xarici dövlətlərə maliyyə hərbi yardım proqramı çərçivəsində Rumıniyaya silahlı qüvvələrinin modernləşdirilməsi üçün 920 milyon dollar məbləğində kredit ayırıb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Rumıniya ABŞ-nin dəyərli NATO tərəfdaşı və müttəfiqidir və bu əhəmiyyətli kredit sazişi NATO-nun şərq cinahını daha da gücləndirəcək. Rumıniya silahlı qüvvələrinin genişmiqyaslı modernləşdirmə proqramını həyata keçirir, bura həmçinin “Abrams” tankları kimi Amerika hərbi avadanlığının alınması və sursatların birgə istehsalı da daxildir”, – bəyanatda deyilir.
Müvafiq sazişi əvvəllər Buxarestdə Rumıniyanın maliyyə naziri Marçel Boloş və ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinin (Defense Security Cooperation Agency) direktoru Maykl Miller imzalayıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!