Dövlət büdcəsinin neft sahələrindən gəlirləri azalıb | Banco.az

Dövlət büdcəsinin neft sahələrindən gəlirləri azalıb

Dövlət büdcəsinin neft sahələrindən gəlirləri 2019-cu ilin birinci yarımilliyində əvvəlki ilin eyni dövrü ilə müqayisədə 251 milyon manat və ya 4,3% azalaraq 5 milyard 534,8 milyon manata enmiş, qeyri-neft sahələrindən gəlirləri isə 841,1 milyon manat və ya 20,6% artaraq 4 milyard 915,7 milyon manatadək yüksəlmişdir.

Bunu Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə neft və qeyri-neft sahələrinin gəlirlərdə payları müvafiq olaraq 53% və 47% təşkil etmişdir ki, bu da 2019-cu il üçün proqnozlaşdırılmış göstəricilərə əsasən uyğundur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et