"Dövlət büdcəsinə təqdim olunmuş sifarişlər 1-2 gün ərzində icra olunur" | Banco.az

"Dövlət büdcəsinə təqdim olunmuş sifarişlər 1-2 gün ərzində icra olunur"

Azərbaycanın dövlət büdcəsi çərçivəsində təqdim olunmuş sifarişlər dərhal, 1-2 gün ərzində icra olunur və bu günə icra olunmamış sifariş yoxdur.

Bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

A. Bayramov qeyd edib ki, təqdim edilmiş sifarişlər üzrə hazırda bir qəpik belə borc yoxdur:

"Bizim planlaşdırdığımız büdcə xərclərimiz beş ayda 103 % icra olunub. Resurs baxımından dövlət büdcəsinin gəlirlərini nəzərə alaraq bizim heç bir problemimiz yoxdur. Qanunvericiliklə daxil olan öhdəliklərin maliyyələşdirilməsində bizim heç bir probemimiz yaşanmır.

Podratçılarla bağlı problem başqa istiqamətdədir. Büdcədən ayrılmış vəsaitllərlə görülmüş işlərin tam uyğun olmamasındadır. Biz keçən il qənaət olunmuş bütün vəsaitləri, yəni təqribən 1,5 milyard manat vəsaiti qanunla əlavə olaraq sırf işğaldan azad olunmuş ərazilərin bərpasındakı tikinti işlərinə yönəltmişik. Bu il də təqdim etdiyimiz dürüstləşmədə planlaşdırlan məbləğin 2/3-si yenə o istiqamətdədir. Sadəcə sifarişçi ilə podratrçı arasındakı münasibətlər normal tənzimlənməlidir. Onların gördüyü işin büdcədə nəzərdə tutulub-tutulmaması müəyyənləşdirilməlidr. Amma bizə büdcə çərçivəsində təqdim olunmuş sifarişlər dərhal bir-iki gün ərzində icra olunur və bu günə bizdə icra olunmamış sifariş yoxdur".

Ən sərfəli kredit üçün müraciət et

Deputat Elnur Allahverdiyev çıxışı zamanı bildirmişdi ki, Qarabağda çalışan iş adamlarının çoxundan onlara ödənişlərdə gecikmələr olması ilə bağlı şikayətlər qəbul edili: "Onlar öz vəsaitlərindən istifadə edir və söz verir ki, bu işi bu vaxta qədər görəcəyik. Amma geri ödəmə çox vaxt olmur. Bu da onunla əsaslandırılır ki, büdcə açılmayıb. Onlar bunu başa düşmür. İş adamı bilməlidir ki, bu gün gördüyü işin pulu müəyyən müddətdən sonra veriləcək, ya da bilməlidir ki, ümumiyyətlə verilməyəcək və işi götürməsin".

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et