Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Dövlətin yerli və ya xarici mənbələrdən aldığı maliyyə vəsaitlərinə əsasən dövlət borcu formalaşır.
Bu borc, dövlətin maliyyə ehtiyaclarını qarşılamaq, infrastruktur layihələri həyata keçirmək, sosial proqramları dəstəkləmək və digər məqsədlər üçün istifadə olunur.
Dövlət borcu, adətən, dövlət tərəfindən buraxılan istiqrazlar, kreditlər və ya digər maliyyə vasitələri ilə əldə edilir.
Banco.az bu barədə məlumatı təqdim edir:
Dövlət borcu iki əsas kateqoriyaya bölünə bilər:
Dövlətin öz ölkə daxilindəki mülkiyyətçilərdən aldığı borc daxili borc adlanır. Bu, adətən daxili istiqrazlar və ya digər maliyyə vasitələri vasitəsilə edilir.
Dövlətin digər ölkələrdən və ya beynəlxalq maliyyə təşkilatlarından aldığı borclar isə xarici borc adlanır. Bu borc xarici valyutada ödənilir və adətən xarici istiqrazlar, beynəlxalq kreditlər və ya maliyyə yardım formalarında olur.
Dövlət borcu, dövlətin maliyyə sağlamlığını təsir edə bilər. Borcun yüksək səviyyəsi dövlətin gələcəkdə ödəniş qabiliyyətinə təsir edə bilər və iqtisadi sabitliyi riskə ata bilər.
2023-cü ilin məlumatına görə, dünyada ən çox xarici borcu olan 5 ölkə Fransa, Niderland, ABŞ, Böyük Britaniya və Yaponiyadır.
Fransanın dövlət borcu hazırda 3.26 trilyon dollar təşkil edir.Niderland isə siyahısa 4-cüdür. Niderlandın borcu isə 3.79 trilyon dollardır. ABŞ-nin dövlət borcu 34.47 trilyon dollar, Böyük Britaniyanın, 12.1 trilyon dollar təşkil edir.
Siyahının üçüncüsü olan Yaponiyanın isə dövlət borcu 9.57 trilyon dollar təşkil edir.
Qeyd edək ki, Azərbaycanın 2023-cü ilin sonuna olan dövlət borcu 26milyard 803 milyon 600 min manat təşkil edib.