Dövlət borclarının artması Yunanıstanı müflisləşməyə doğru aparıb | Banco.az

Dövlət borclarının artması Yunanıstanı müflisləşməyə doğru aparıb

Müəllif - Aida İsaq, Banco.az

Yunanıstanda dövlət borcunun artması fonunda ölkə tamamilə müflisləşib.

Banco.az xəbər verir ki, bu barədə ölkənin keçmiş maliyyə naziri Yanis Varufakis bildirib. Onun sözlərinə görə, dövlət borcu, o cümlədən hökumət zəmanətləri 31 dekabr 2022-ci il tarixinə olan məlumatlara əsasən, 400,275 milyon avro təşkil edib. Müvafiq rəqəmlər il ərzində 12 milyard avro artıb.

Ekspert həmçinin qeyd edib ki, əgər ölkəyə məxsus istiqrazlar bazarda yaxşı qiymətə satılırsa, bu Avropa Mərkəzi Bankının hesabına baş verir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram