Dövlət 200-dən çox əmlakı satışa çıxarıb | Banco.az

Dövlət 200-dən çox əmlakı satışa çıxarıb

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mayın 16-da yeni hərrac keçirəcək. 

Komitədən verilən məlumata görə, hərraca ümumilikdə 212 əmlak çıxarılıb.

Bunlardan 22-si səhmdar cəmiyyəti, 116-sı kiçik dövlət müəssisə və obyekti, 4-ü istifadəsiz qeyri-yaşayış sahəsidir. 

Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, Bərdə, Kürdəmir, Salyan, Sabirabad, Lerik, Ağdaş, Tərtər və başqa 8 rayonda yerləşir. 

Bunlar isə əsasən, sənaye, nəqliyyat, təmir, quşçuluq, qida və digər sahələrə aiddir. 

Ən sərfəli kredit üçün müraciət et

Nizamnamə kapitalı isə 9 min manatla 886 min 154 manat arası dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak paytaxtın Nizami rayonunda yerləşən “Azinterservis” ASC-dir. Adı çəkilən əmlakın səhminin 30%-i 133 min 167 manata təklif olunur.   

Hərraca çıxarılan səhmdar cəmiyyətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:  

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1602   

Mənbə: Oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et