Dörd il boyunca bir banka çöp yığan qadın: Lauren Singer | Banco.az

Dörd il boyunca bir banka çöp yığan qadın: Lauren Singer

Zibilliklər, xususilə yenidən istifadəyə cəlb oluna bilməyənlər təbiətə inanılmaz dərəcədə ziyan verir. Hər gün zibillik atan insanlar dörd il boyunca maksimum nə qədər zibil çıxarda bilər? Yuxarıdakıları nəzərə alaraq sizləri Lauren Singer ilə tanış etmək istərdim. Özü dörd il boyunca bir banka zibil çıxardı və öz biznesini qurdu.

28 yaşındakı Singer, 2013-cü ildə Nyu York universitetində ekologiya elmləri fakültəsindən məzun olub. Hələ universitet oxuduğu dövrdə, yəni 2012-ci ildə "Zibil axmaqlar üçündür" (Trash is for tossers) adı ilə bloq yazmağa başlayır. Qənaət etmək üçün açdığı bloqda istehlak etdiyi artıqları yarım lirtlik bankada yığdığını izah edir. Dördüncü kursda ətrafındakıların hər gün plastik qutularda günorta yeməyi gətirdiyini görür və yeməyi yedikdən sonra qalan artıqları yenidən istifadəyə cəlb etmək yerinə zibilliyə atdığını görüb xeyli əsəbləşir.  Dərsdən yorğun gəldiyi bir gecə axşamı soyuducunu açdığında kahıdan qaynadılmış düyüyə qədər hər şeyin plastik qabda olduğunun fərqinə varır.

Yuxarıdakı hadisədən sonra qərara alır ki, artıq həyatında təbii olmayan heç bir şey istifadə etməyəcək. Üstəlik təkcə mətbəxdə deyil, hər yerdə bu qərarı tətbiq edəcəkdi. İlk olaraq paketli məhsullar almağı tərgidir, alışverişə gedərkən aldıqlarını özü ilə birgə apardığı bankalara yığmağa başlayır, sadəcə ikinci əl paltarlar almağa davam edir. Həyatında lazımsız şeyləri sataraq və ya hədiyyə edərək onlardan canını qurtarır. Nəticədə özünüz şəxsi qayğı və təmizlik vəsaitlərini hazırlamağa başladı.

Ən sərfəli kredit üçün müraciət et

Başlanğıcda təbii məcmulardan istifadə edərək öz diş pastamı yaratdım. Bunların istifadəyə yararlı olduğunu gördükdən sonra cəsarət topladım. Şampunum və saç kremim bitdiyində  necə hazırlandığını bilirdim, eynən lasyon və yuyucu tozlarda olduğu kimi. 

İstehsal etdiyi məhsulları Youtubedan reklam etməyə başlayır, insanların belə məhsullarla maraqlandığını lakin evdə etməyə vaxt tapmadığını görərək öz şirkətini qurur.  Lauren  2016-cı ildə The Simply Co. şirkətini quraraq ekoloji davamlılığı çox olan təmizlik vasitələrinin satışına diqqət yönəldib. Ayrıca, ətraf mühitə zərər verməyən vəsaitlərin satıldığı bu şirkətdən alış-veriş etmək üçün öz banklarınız gətirməyiniz lazımdır. 

Problem odur ki, zibil atmaqla zibildən qurtulmuruq. Onun zərərli təsirləri xəstəliklərə səbəb olur.  Ən azı Lauren kimi insanlar olarsa hər gün aşıb-daşan zibillik səbətləri azalar. Xəzər dənizindəki çirklənmənin əsas səbəbi də ölkəmizdə təkrar istifadə səviyyəsinin çox aşağı olmasıdır. Gəlin bu ölkəni gələcək nəsillər üçün təmiz saxlayaq :)

Bu da maraqlıdır

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç