DoorDash və Williams-Sonoma səhmləri S&P 500 indeksinə daxil ediləcək | Banco.az

DoorDash və Williams-Sonoma səhmləri S&P 500 indeksinə daxil ediləcək

Müəllif - Fərid İslamov - Banco.az

S&P Dow Jones Indices indeks təminatçısının məlumatına görə, DoorDash yemək çatdırma xidməti, Williams-Sonoma Inc. pərakəndəçisi, TKO Group Holdings media şirkəti və Expand Energy neft-qaz şirkətinin səhmləri 24 mart tarixindən etibarən Amerika fond indeksi S&P 500-ün hesablanmasına daxil ediləcək.

Onlar BorgWarner, Teleflex Inc., CelaneseFMC Corp. şirkətlərinin səhmlərini əvəz edəcəklər.

S&P 100 indeksinə isə aşağıdakı şirkətlərin səhmləri daxil ediləcək:

  • Palantir Technologies

  • Intuitive Surgical

  • ServiceNow Inc.

Bununla yanaşı, indeksdən çıxarılacaq şirkətlər bunlardır:

  • Dow Inc.

  • Kraft Heinz Co.

  • Ford Motor.

Orta kapitalizasiyalı şirkətləri əhatə edən S&P MidCap 400 indeksinə isə daxil ediləcək səhmlər bunlardır:

  • V.F. Corp.

  • Alaska Air Group

  • Hims & Hers Health Inc.

  • Bath & Body Works

  • ATI Inc.

  • EchoStar Corp.

Bu indeksdən çıxarılacaq şirkətlər isə aşağıdakılardır:

  • Teradata Corp.

  • Chemours Co.

  • Neogen Corp.