Donald Tramp sahib olduğu oteli "Hilton"a satır - Məbləğ | Banco.az

Donald Tramp sahib olduğu oteli "Hilton"a satır - Məbləğ

Tamara Mustafayeva, Banco.az

Donald Tramp sahib olduğu "Trump International Hotel"in 375 milyon dollara satılmasına razılıq verib.

Banco.az xarici mətbuata istnadla xəbər verir ki, Amerikanın sabiq prezidenti Donald Trampın Vaşinqtonda fəaliyət göstərən "Trump Organization" adlı ailə şirkətinin sözügedən otelin satılması üçün "CGI Merchant Group" ilə razılığa gəldiyi bildirilib.

Otelin satışı üçün 375 milyon dollar tələb edildiyi və rəsmi proseduraların 2022-ci ilin ilk rübündə başlayacağının qeyd olunduğu açıqlamada satınalma əməliyyatından sonra otelin yeni adının "Waldorf Astoria" olacağı və "Hilton Group" tərəfindən idarə ediləcəyi vurğulanıb.

Xatırladaq ki, "Trump Organization"ın 60 illik icarə müqaviləsinə sahib olduğu 263 otaqlı otel üçün 2019-cu ildən bəri alıcı axtarır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et