Donald Tramp koronavirusa yoluxduğunu AÇIQLADI | Banco.az

Donald Tramp koronavirusa yoluxduğunu AÇIQLADI

ABŞ prezidenti Donald Tramp özü və həyat yoldaşı Melanya Trampın Covid-19 testlərinin nəticəsinin müsbət olduğunu açıqlayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Amerika prezidenti Donald Tramp koronavirusa yoluxduğunu şəxsi Twitter səhifəsindən elan edib.

Açıqlama deyilir:

"Bu gecə ölkənin birinci xanımı və mənim Covid-19 testimizin nəticəsi müsbət çıxdı. Karantin və müalicə proseduralarına dərhal başlayacağıq. Bu müddətin öhdəsindən birlikdə gələcəyik."

Xatırladaq ki, Tramp qısa bir müddət əvvəl məsləhətçilərindən Xoup Xiksin koronavirusa yoluxmasından sonra özü və həyat yoldaşının karantin prosesinə başlayacağını açıqlamışdı.

Həmçinin oxu: Tramp dövrü - Amerika iqtisadiyyatının çiçəklənməsi

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et