Dünən, ABŞ-ın sanksiya xəbərilə psixoloji səviyyə olan 5 lirəni aşan Dollar/TL məzənnəsi bu gün yenidən 5 səviyyəsini keçib.
ABŞ, keşiş Brunsonun məhkəməsi səbəbindən 2 Türkiyə nazirinə dünən axşam sanksiya açıqlayıb.
Ağ Ev, keşiş Brunsonun məhkəməsilə bağlı daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq etmək qərarı verib.
Xəbərdən sonrası dollar dünən saat 20:30-da 5.0157 Türk lirəsinə qədər qalxaraq tarixi rekord səviyyəyə çıxmışdı. Məzənnə, Cümə gününə yüngül geriləmə ilə başlamasının ardından yenidən yüksəlişə keçib və saat 11:17-də 2 faiz artımla 5.0241-i görüb. Bu səviyyə yeni rekorddur.
ABŞ, rahib Brunsonun azad buraxılmaması vəziyyətində Türkiyəyə sanksiya tətbiq edəcəyini açıqlamışdı.
Andrew Craig Brunson Türkiyədə casusluqda günahlandırılır. Türkiyə onun FETÖ ilə əlaqədə olduğunu iddia edir.
Marja.az