Dollar/TL məzənnəsində yeni rekord qeydə alınıb | Banco.az

Dollar/TL məzənnəsində yeni rekord qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni rekord səviyyəsini sınaqdan keçirib.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faiz qərarından sonra Dollar/TL məzənnəsində baş verən volatilliyin ardınca həftənin son ticarət günündə yeni rekord səviyyə qeydə alınıb.

Həftənin son ticarət günündə Asiya bazarlarındakı dayaz əməliyyatlarda Dollar/TL məzənnəsi 28,91 səviyyəsini keçib. Daha sonra məzənnə banklararası bazarın açılması ilə 28,87 səviyyəsində sabitləşib.

Qeyd edək ki, ötən bir ay ərzində məzənnə artımı 2,5 faiz təşkil edib. 2023-cü ildə ümumilikdə isə məzənnə artımı 54,4 faiz olaraq qeydə alınıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et