Dollar/TL məzənnəsində yeni rekord qeydə alındı | Banco.az

Dollar/TL məzənnəsində yeni rekord qeydə alındı

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi Türkiyə Respublikası Mərkəzi Bankının (TMCB) siyasət faizini 100 baza bəndi endirməsindən sonra qeydə alınan rekord səviyyəni yeniləyərək növbəti rekorda imza atıb.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, qlobal birjalarda dolların güclənməsi fonunda türk lirəsi dəyər itirməyə davam edir.

Dollar/TL məzənnəsi Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) faiz endirimi qərarından sonra qeydə alınan 18,4026 səviyyəsini keçərək yeni rekord səviyyəyə yüksəlib.

Daha sonra bir qədər geriləyən məzənnə hazırda 18,4004 səviyyəsində ticarət olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et