Dollar/TL məzənnəsində yeni rekord - Lirə sürətlə ucuzlaşır | Banco.az

Dollar/TL məzənnəsində yeni rekord - Lirə sürətlə ucuzlaşır

Tamara Mustafayeva, Banco.az

Yeni günə 14.79 səviyyəsində başlayan məzənnə daha sonra 0,3% yüksələrək yeni rekorda imza atıb.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, türk lirəsinin səhər saatlarında ucuzlaşmaqda davam etməsi ilə məzənnədə 14.86 səviyyəsi qeydə alınıb.

Kurs ötən ay 40%-ə yaxın yüksəlişə imza atdıqdan sonra bu ayın əvvəlindən bəri 8% yüksəlib. Türk lirəsi isə dollara qarşı ilin əvvəlindən bu yana 95% dəyər itirib ki, axırıncı dəfə 2001-ci ildə illik əsasda bu dərəcədə geriləmə müşahidə edilmişdi.

Hazırda Dollar/TL məzənnəsi 14.86 səviyyəsində ticarət edilir.

Xatırladaq ki, bu gün Türkiyə Respublikası Mərkəzi Bankı uçot dərəcəsi üzrə faiz qərarını açıqlayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram