Tamara Mustafayeva, Banco.az
Türk lirəsi yeni həftənin ilk iş gününə 1%-ə yaxın ucuzlaşma ilə başlayıb.
Banco.az türk mətbuatına istinadla xəbər verir ki, türk lirəsi səhər saatlarında növbəti anti-rekorda imza atıb. Məzənnə 14 səviyyəsini keçərək yeni tarixi səviyyəyə çatıb.
Hazırda Dollar/TL məzənnəsi 14.31 səviyyəsində ticarət edilir.
Xatırladaq ki, Türkiyə Respublikası Mərkəzi bankı ötən həftənin cümə günü valyuta birjasına üçüncü dəfə müdaxilə etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!