Dollar/TL məzənnəsi üzrə proqnozlar geriləyib | Banco.az

Dollar/TL məzənnəsi üzrə proqnozlar geriləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) bazar iştirakçılarının fevral ayı sorğusunu dərc edib.

Banco.az xəbər verir ki, sorğuda Dollar/TL məzənnəsi ilə bağlı proqnozların gerilədiyi müşahidə olunub.

Anketə görə, ilin sonuna USD/TL gözləntiləri 23,12-dən 22,84-ə endirilib. 12 sonrakı dövr üçün isə USD/TL gözləntiləri 23,43-dən 23,10-a geriləyib.

Əvvəlki anket dövründə 30,7 milyard dollar olan cari əməliyyat kəsiri proqnozu bu dövrdə 30,6 milyard dollara endirilib.

Gələn il üçün cari kəsir gözləntisi isə 21,6 milyard dollar təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et