Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi məşğulluq göstəricilərinin açıqlanmasından əvvəl stabilliyini saxlayır.
Bu həftə inflyasiya göstəricilərinin açıqlanmasından sonra 6.76 səviyyəsinə yükləsən dollar son iş gününə 6.75 səviyyəsində başladı, diqqətlər məşğulluq göstəricilərinin açıqlanmasına yönəlib.
Bu gün əksər inkişaf etməkdə olan ölkə valyutaları dollar qarşısında dəyər qazanır. Yüksəlişə 1%-dən çox göstərici ilə İndoneziya rupisi rəhbərlik edir.
Xatırladaq ki, bu gün ABŞ-da may ayı üzrə kənd təsərrüfatı istisna olmaqla məşğulluq göstəriciləri açıqlanacaq. Aprel ayında 20.5 milyon azalan məşğulluq göstəricisinin bu ay 8 milyon azalması, işsizlik faizinin 19.5 %-lə 1930-cu ildən bəri ən yüksək səviyyəyə qalxması proqnozlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!