Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə cüzi yüksəlişlə başlayıb.
Ötən həftənin cümə günü növbəti rekorda imza ataraq 8,58 səviyyəsinə çatan Dollar/TL məzənnəsi yeni iş həftəsində 8 səviyyəsindən geriləmişdi. Naci Ağbalın Mərkəzi Bankın sədri seçilməsi, Xəzinə və Maliyyə Naziri Berat Albayrakın istefası və Bank Tənzimləmə və Nəzarət Qurumununun (BDDK) swap həmləsindən sonra türk lirəsi ötən 1 ay ərzində yaşanılan itkiləri geri qazanıb. Prezident Rəcəb Tayyib Ərdoğanın iqtisadiyyatda yeni dövrə qədəm qoyduqlarına dair açıqlamasından sonra daha da geriləyən kurs 7,85 səviyyəsinə çatıb.
Dünən 7,6750 səviyyəsinə qədər geriləyən Dollar/TL məzənnəsi həftənin son iş gününə cüzi yüksəlişlə başlayıb. Kurs Bakı vaxtı ilə 10:00-da 7,71 səviyyəsində icra edilib.
Qeyd edək ki, birjaların diqqəti Mərkəzi Bankın 19 noyabr tarixində keçirəcəyi iclasa yönəlib. Gün ərzində isə Türkiyədə sənaye istehsalı göstəriciləri, Mərkəzi Bankın proqnoz anketi və pərakəndə satış statistikası, Amerikada isə üçüncü rüb üzrə artım və inflyasiya göstəriciləri, həmçinin Federal Açıq Bazar Komitəsi (FOMC) üzvlərinin çıxışları gündəm mövzusudur.
Bizi sosial şəbəkələrdən izləyin!!