Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi stabilliyini saxlayır.

Dollar/TL məzənnəsi Swap razılaşmaları ilə bağlı pozitiv proqnozlar səbəbilə 6.80 səviyyəsindən aşağı icra edilməyə davam edir.

19 may bayramı ilə əlaqədar olaraq daxili birjaların bağlı olduğu gün Türkiyənin iki ölkə ilə swap razılaşması imzalamağa çox yaxın olması xəbərilə 6.75 səviyyəsinə geriləyən kurs bu gün səhər saatlarında 6.78 səviyyəsində icar edilir.

Xatırladaq ki, 7 may tarixində 7.2690 ilə tarixi rekorda imza atan məzənnə swap razılaşmalarına dair xəbərlərin fonunda  7 səviyyəsindən aşağı düşmüşdü. Türkiyə Mərkəzi Bankı Qətər ilə swap razılaşmasının məbləğini dünən 5 milyard dollardan 15 milyard dollara yüksəltdiklərini açıqlamışdı, digər ölkələrlə isə danışıqlar hələ də davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et