Dollar/TL məzənnəsi açıqlandı - Lirə kəskin ucuzlaşdı | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - Lirə kəskin ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.

Məzənə dünən səhər saatlarında 8 səviyyəsini keçərək bu vaxta qədərki ən yüksək səviyyəyə yüksələrək tarixi rekorda imza atmışdı. Bununla da son 6 gün ərzində dollar türk lirəsinə qarşı 28 kuruş dəyər qazanıb. 

Dollar/TL yeni günə 8,08 səviyyəsində başlayıb.

Kurs Bakı vaxtı ilə 11:10-da 0,34% yüksələrək 8,1132 səviyyəsində icra edilib.

Qeyd edək ki, gün ərzində Türkiyədə məzənnəyə təsir göstərəcək mühüm gündəm mövzusu yoxdur. Dünyada isə koroanvirusa dair narahatlıqlar davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et