Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsində yüksəliş davam edir.

Məzənnə Mərkəzi Bankın pul siyasəti iclasından sonra 7,90 səviyyəsindən yuxarı hərəkətliliyini davam etdirir.

Qeyd edək ki, çərşənbə gününü 7,8123 səviyyəsində başa vuran kurs Türkiyə Respublikası Mərkəzi Bankının oktyabr ayı üzrə maliyyə iclasından əvvəl 7,78 səviyyələrinə geriləmişdi. İclasdan sonra isə 7,9797 ilə yeni rekorda imza atan Dollar/TL günün irəliləyən saatlarında nisbətən geriləyək çərşənbə axşamını 7,9350 səviyyəsində başa vurmuşdu. 

Həftənin son iş gününə də yüksəlişlə başlayan kurs Bakı vaxtı ilə 13:42-də 0,48 faiz artımla 7,9734 səviyyəsində icra edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et