Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi bu gün də 7 səviyyəsindən geriləməyə davam edir.

Dünən 7 səviyyəsindən aşağı düşən kurs yeni günə də geriləyərək başlayıb.

Ötən həftə 7.2690 ilə tarixi rekorda imza atan, dünən isə 7 səviyyəsindən aşağı düşən və günü də 6.9743 ilə başa vuran Dollar/TL məzənnəsi bu səhər 6.96 səviyyəsində icra edilir.

Xatırladaq ki, Mərkəzi Banklarla Swap razılaşmasının əldə ediləcəyinə dair pozitiv proqnozların lirənin dəyər qazanmasına təsir göstərdiyi düşünülür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et