Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.

Məzənnə növbəti rekorda imza atmasının ardınca dalğalı hərəkətlilik göstərir.

Türk lirəsi inkişaf etməkdə olan ölkə valyutalarında müşahidə edilən zəifliyin təsiri ilə dollara qarşı yaşadığı dəyər itkisinin doqquzuncu gününə keçərək 2019-cu ilin aprel ayından bəri ən uzun geriləməyə imza atıb.

Məzənnə dünənki birja əməliyyatlarında 7,6849 ilə növbəti rekorda imza atmasından sonra bu gün Bakı vaxtıla 13:00-da 7,6833 səviyyəsində icra edilib.

Qeyd edək ki, Türkiyə Respublikası Mərkəzi Bankı senytabr ayı üzrə pul siyasəti iclasını cümə axşamı həyata keçirəcək. Blomberg anketinə görə, bankın faizləri dəyişdirməyəcəyi proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et