Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.
Çərşənbə axşamını 7,4854 səviyyəsində başa vuran Dollar/TL FED-in pul siyasəti iclasından əvvəl stabilliyini saxlayır.
Məzənnə Bakı vaxtı ilə 11:25-də 7,4970 səviyyəsində icra edilib.
Xatırladaq ki, Federal Açıq Bazar Komitəsinin (FOMC) bu gün başa çatacaq pul siyasəti iclasından sonra qərar açıqlanacaq. Daha sonra isə Fed sədri Cerom Pauell mətbuat konfransı ilə çıxış edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!