Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.

Çərşənbə gününü 7,4879 səviyyəsində başa vuran məzənnə yeni günə stabil başlayıb.

Bu il ərzində təqribən 20% yüksələn kurs bu gün Bakı vaxtı ilə 11:25-də 0,1% geriləyərək 7,4807 səviyyəsində icra edilib.

Qeyd edək ki, Türkiyə Statistika Komitəsi (TÜİK) iyun ayı üzrə iş məşğulluq statistikasını açıqlayıb. Bu məlumatlara görə, Türkiyədə işsizlik göstəricisi iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 bənd artaraq 13,4%-ə çatıb.

Xatırladaq ki, cümə günü də iyul ayı üzrə cari əməliyyat tarazlığı göstəriciləri açıqlanacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et