Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə yüksək səviyyədə başlayıb.
Bazer ertəsini 7,3443 səviyyəsində başa vuran məzənnə bu gün səhər saatlarında qismən dalğalı hərəkətlilikdən sonra yüksək səviyyədə davam edib.
Kurs Bakı vaxtı ilə 11:40-da 0,32 faiz yüksələrək 7,3681 səviyyəsində icra edilib.
Xatırladaq ki, dünən Türkiyə Statistika Qurumu (TÜİK) ikinci rüb üzrə ÜDM göstəricilərini açıqlayıb. Bu göstəricilərə görə, ilin ikinci rübü üzrə ÜDM illik 9,9% kiçilib. Ölkə iqtisadiyyatı ötən rüblə müqayisədə 11,0% daralıb. Ancaq sözügedən göstəricilərin məzənnəyə təsiri olmayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!