Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi stabilliyini saxlayır.

Banco.az türk mətbuatına istinadla bildirir ki, ötən həftə Türkiyə Respublikası Mərkəzi Bankının gözlənilmədən uçot dərəcəsini aşağı salmasından sonra sürətlə yüksələn məzənnə yeni həftənin ilk iki günündə 8.80-8.89 səviyyələri aralığında icra edilib. Kurs yeni günə də təqribən eyni səviyyələrdə başlayıb.

Hazırda Dollar/TL məzənnəsi 8.87 səviyyəsində icra edilir. 

Qeyd edək ki, dünən axşam FED sədri Cerom Pauel Senatın Bankçılıq Komitəsindəki çıxışı zamanı faiz artımı həddinin yüksək və ölkə iqtisadiyyatının tam məşğulluq təmin etməkdən çox uzaq olduğunu bildirib. Ancaq sədrin açıqlamaları valyuta məzənnələrinə əsaslı təsir göstərməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et