Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi stabilliyini saxlayır.

Banco.az türk mətbuatına istinadla bildirir ki, ötən həftə Türkiyə Respublikası Mərkəzi Bankının gözlənilmədən uçot dərəcəsini aşağı salmasından sonra sürətlə yüksələn məzənnə dünən 8.89 səviyyəsi ilə növbəti rekorda imza atmış, daha sonra 8.83 səviyyəsinə qədər geriləmişdi. Kurs yeni günə də təqribən eyni səviyyələrdə başlayıb.

Hazırda Dollar/TL məzənnəsi 8.85 səviyyəsində icra edilir. 

Qeyd edək ki, məzənnə ötən həftə Mərkəzi Bankın müvafiq qərarından əvvəl 8.65 səviyyələrində icra edilirdi. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et