Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni günə geriləyərək başlayıb.

Həftə ərzində 8.60-8.66 səviyyələri aralığında icra edilən məzənnə Cənubi Koreya Mərkəzi Bankı ilə Türkiyə Respublikası Mərkəzi Bankı arasında imzalanan SWAP razılaşmasından sonra səhər saatlarında qismən geriləyib.

Hazırda Dollar/TL məzənnəsi 8.59 səviyyəsində icra edilir.

Qeyd edək ki, bu gün Türkiyə Respublikası Mərkəzi Bankı faiz qərarını açıqlayacaq. Analitiklər faiz bəndinin dəyişməyəcəyini düşünürlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram