Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.
Yeni iş həftəsinə 8.67 səviyyəsində başlayan məzənnə bayramdan əvvəlki satışlarla geriləyib. Dünən 8.62 səviyyəsinə qədər geriləyən məzənnə yeni günə də təqribən eyni səviyyələrdə başlayıb.
Hazırda Dollar/TL məzənnəsi 8.63 səviyyəsində icra edilir.
Qeyd edək ki, bu gün Türkiyədə birjaların diqqəti sənaye istehsalı və xəzinə layihələrinə, ABŞ-da isə inflyasiya göstəricilərinə yönələcək.
Bizi sosial şəbəkələrdən izləyin!!