Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi stabilliyini saxlayır.
Uzun müddətdir ki, 6.70-6.80 səviyyələrində dalğalanan Dollar/Tl məzənnəsi yeni günə də eyni səviyyələrdə başlayıb.
Dünən 6.7876 səviyyəsində günü başa vuran kurs hazırda 6.78 səviyyəsində icra edilir.
Dünyanın əksər yerlərində karantin tədbirlərinin yumşaldılması və tələbin azalması ilə qlobal birjalarda dollar dünən təqribən on ilin ən uzun geriləməsini yaşayıb. Dollar indeksi bu gün stabilliyini saxlayır. Sabah açıqlanacaq FED-in faiz qərarı dolların hərəkətliliyi baxımından mühüm hesab edilir.
Qeyd edək ki, bu gün Türkiyədə mühüm gündəm mövzusu yoxdur, xəzinə layihələri izləniləcək. Qlobal birjalarda isə koronavirusla bağlı yeniliklər, ABŞ-Çin gərginliyi və neft qiymətlərindəki hərəkətlilik izləniləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!