Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni günə stabil başlayıb.
Mərkəzi Bankın pul siyasəti iclasından sonra dünən günü 7.37 səviyyəsində başa vuran məzənnə həftənin son iş gününə də təqribən eyni səviyyələrdə başlayıb.
Dollar/TL məzənnəsi bu gün Bakı vaxtı ilə 10:55-də 7,3963 səviyyəsində alıcı tapıb.
Xatırladaq ki, Dollar/TL məzənnəsi 2020-ci ili 7,4299 səviyyəsində başa vurmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!