Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi stabilliyini saxlayır.

Türk lirəsi Mərkəzi Bankın pul siyasəti iclasından sonra bu gün açıqlayacağı faiz qərarından əvvəl dollara qarşı stabilliyini saxlayır.

Dünən günü 7,4248 səviyyəsində başa vuran məzənnə yeni günə də eyni səviyyələrdə başlayıb. 

Dollar/TL məzənnəsi bu gün Bakı vaxtı ilə 11:10-da 0.21 % geriləyərək 7,4094 səviyyəsində alıcı tapıb.

Xatırladaq ki, Dollar/TL məzənnəsi 2020-ci ili 7,4299 səviyyəsində başa vurmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram