Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi yeni iş həftəsinə yüksəlişlə başlayıb.
Ötən həftəni 7,47 səviyyələrində başa vuran məzənnə yeni iş həftəsinin ilk gününə yüksələrək başlayıb. Kurs səhər saatlarında 7,50 səviyyəsini keçib.
Dollar/TL məzənnəsi bu gün Bakı vaxtı ilə 11:10-da 7,4992 səviyyəsində alıcı tapıb.
Xatırladaq ki, Dollar/TL məzənnəsi 2020-ci ili 7,4299 səviyyəsində başa vurmuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!