Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi stabilliyini saxlayır.

ABŞ-ın yeni prezidenti Co Baydenin Konqresdən istəyəcəyi 1.9 milyard dollar dəyərindəki stimul paketinin təfərrüatları məlum olub. Bu hadisədən sonra ABŞ dolları aparıcı valyutalara qarşı cüzi dəyər qazanıb, Türk lirəsi isə dollara qarşı stabilliyini saxlayır.

Dollar/TL məzənnəsi bu gün Bakı vaxtı ilə 11:05-də 7,3959 səviyyəsində alıcı tapıb.

Xatırladaq ki, Dollar/TL məzənnəsi 2020-ci ili 7,4299 səviyyəsində başa vurmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et