Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ | Banco.az

Dollar/TL məzənnəsi açıqlandı - RƏSMİ MƏZƏNNƏ

Tamara Mustafayeva, Banco.az

Dollar/TL məzənnəsi yeni həftəyə stabil başlayıb.

Ötən həftəni 6.77 səviyyəsində başa vuran Dollar/Tl məzənnəsi yeni iş həftəsinə stabil başlayıb.

Ötən həftə 6.70-6.80 səviyyələrində dalğalanan kurs günün ilk saatlarında 6.77 səviyyəsində icra edilir.

Qeyd edək ki, bu gün Türkiyədə mühüm gündəm mövzusu yoxdur. Çərşənbə günü FED faiz qərarını açıqlayacaq. Faizlərdə dəyişiklik proqnozlaşdırılmır. Türkiyədə isə cümə günü aprel ayı üzrə sənaye və cari tarazlıq göstəriciləri izlənəcək. Göstəricilər koronavirus pandemiyasının təsirlərini əks etdirəcəyi üçün mühüm əhəmiyyət kəsb edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram