Tamara Mustafayeva, Banco.az
Dollar/TL məzənnəsi 7 səviyyəsindən aşağı düşüb.
Ötən həftə 7.2690 ilə tarixi rekorda imza atan, dünən isə 7 səviyyəsindən aşağı düşən kurs yeni günə 6.98 səviyyəsində başlayıb.
Dünən bir neçə gündən sonra 7 səviyyəsindən 6.97-ə geriləyən və günü də 6.99 ilə başa vuran Dollar/TL məzənnəsi səhər saatlarında 6.98 səviyyəsində icra edilir.
Xatırladaq ki, türk lirəsi dünən dollara qarşı 1%-dən çox yüksələrək ən çox dəyər qazanan inkişaf etməkdə olan ölkə valyutası olmuşdu.
Bu gün Türkiyədə cari tarazlıq hesabatı, ABŞ-da isə istehsalçı qiymətləri üzrə göstəricilər gündəm mövzusudur. FED sədri Cerom Pauellin Peterson İnstitutundakı çıxışı da qlobal birjaların diqqət mərkəzində olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!